SAT proqramına ümumi baxış
1
SAT nədir?
SAT (Scholastic Assessment Test) ABŞ və bəzi beynəlxalq universitetlərdə bakalavr səviyyəsində qəbul üçün tələb olunan standartlaşdırılmış imtahandır.
2
Bu proqram kimlər üçündür?
- ABŞ və beynəlxalq universitetlərdə bakalavr təhsili almaq üçün qəbul prosesində SAT balı tələb olunan namizədlər
- Yüksək SAT balı ilə qəbul və təqaüd şansını artırmağı hədəfləyənlər
3
SAT formatı necədir?
- SAT imtahanı tamamilə computer-based (Digital SAT) formatında keçirilir
- İmtahan 2 əsas bölmədən ibarətdir: Reading & Writing və Math
- Bal sistemi 400–1600 aralığında qiymətləndirilir
4
Bu proqramda nələri öyrənəcəksiniz?
- Digital SAT imtahan strukturu və sual tipləri
- Reading & Writing bölməsi üçün analiz və mətn strategiyaları
- Math bölməsi üçün sürətli və effektiv həll üsulları
- Zaman idarəetməsi və imtahan strategiyaları
5
Səviyyə tələbi nədir?
- Orta və yuxarı səviyyədə ingilis dili biliyi tövsiyə olunur
- Riyaziyyat üzrə əsas biliklər tələb olunur
- Kursa başlamazdan əvvəl ödənişsiz səviyyə yoxlanışı aparılır
6
Dərslər necə keçirilir?
- Digital SAT formatına uyğun strukturlaşdırılmış dərslər
- Real SAT tipli sınaq imtahanları
- Reading & Writing və Math üzrə fərdi feedback
- Təcrübəli SAT müəllimləri ilə tədris
7
Bu proqram sizə nə qazandıracaq?
- Digital SAT imtahanına tam uyğun hazırlıq
- Yüksək bal üçün strategiyalı və sistemli yanaşma
- ABŞ və beynəlxalq universitetlərə qəbul şansının artması
- Akademik və analitik düşünmə bacarıqlarının inkişafı
Hazırsınız?
Hər bir tədris proqramını uğurla tamamlayan tələbələr mərkəzimiz tərəfindən keçirilən rəsmi qiymətləndirmə imtahanında iştirak edərək sertifikat əldə edirlər.
SAT üzrə ödənişsiz səviyyəni yoxla