Tez-tez verilən suallar
Kurslar, qeydiyyat və tədris prosesi ilə bağlı ən çox soruşulan sualların cavabları
IELTS texnikalarını effektiv mənimsəmək üçün minimum səviyyəniz B1 olmalıdır.
Bəli. Kursa başlamazdan əvvəl hər bir tələbə üçün ödənişsiz səviyyə təyinetmə testi keçirilir. Testin nəticələrinə əsasən tələbə öz dil səviyyəsinə uyğun qrupa yerləşdirilir.
Tədris proqramları kiçik yaş qrupları (Kids), məktəblilər, tələbələr və böyüklər üçün nəzərdə tutulub və hər yaş qrupu üçün uyğunlaşdırılmış proqramlar təqdim olunur.
Həm qrup, həm də fərdi dərslər mövcuddur. Seçim tələbənin məqsədinə, vaxtına və səviyyəsinə uyğun edilir.
Bəli. Tədris proqramı çərçivəsində online dərs formatı mövcuddur və dərslər tələbələrin vaxt və məkan baxımından rahat iştirakını təmin edəcək şəkildə təşkil edilir.
Bəli. Mərkəzimizdə tədris proqramları tələbələrin fərqli vaxt imkanlarını nəzərə alaraq planlaşdırılır və axşam saatlarında da mütəmadi dərslər təşkil olunur.
Tələbələr kurs müddətində bütün əsas dərs materialları ilə təmin olunur. Proqram çərçivəsində istifadə edilən vəsaitlər dərs planına uyğun olaraq təqdim edilir.
Bəli. Tədris proqramları SAT, IELTS və TOEFL kimi beynəlxalq imtahanların format və tələblərinə uyğun hazırlanır.
Tədris prosesində British Council və Oxford Solutions proqramlarının metodologiyasına əsaslanan müasir tədris yanaşmalarından istifadə olunur.
Bəli. Tələbələrin davamiyyəti və tədris nəticələri mütəmadi şəkildə izlənilir və aylıq hesabat təqdim olunur.
Bəli. Qrup və fərdi proqramdan asılı olaraq əvəzləmə və ya əlavə izah imkanı təqdim olunur.
Bəli. Müəllim rəyinə əsasən tələbə daha uyğun qrupa yönləndirilə bilər.
Bəli. Mərkəzimizdə müəllim heyəti gün ərzində fəaliyyət göstərir və tələbələr oxu zonalarında əlavə akademik dəstək ala bilərlər.
Bəli. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə rəsmi sertifikat təqdim olunur.
Bəli. Kursu tamamlayan tələbələrə növbəti akademik mərhələlərlə bağlı fərdi yönləndirmə təqdim olunur.
Mərkəzimizdə kurs tədrisi ilə yanaşı, xaricdə təhsil üzrə müraciət və qəbul prosesi üçün də dəstək göstərilir.
Score College Student ID kartı mərkəzimizdə qeydiyyatda olan tələbələr üçün təqdim edilən rəsmi tələbə kartıdır. Kart vasitəsilə tələbələr mərkəzə giriş zamanı identifikasiya olunur və əməkdaşlıq etdiyimiz seçilmiş kafelər və mağazalarda xüsusi endirimlərdən yararlana bilirlər.
Score Up Scholarship — Score College tərəfindən təqdim olunan xüsusi təqaüd proqramıdır. Proqram çərçivəsində tələbələr imtahan və müsahibə nəticələrinə əsasən tədris proqramları üzrə 50%-ə qədər endirim qazana bilirlər.
Bəli. Qeydiyyatdan öncə tələbələr ödənişsiz demo dərsdə iştirak edərək müəllimlərin tədris proqramı və metodikası ilə yaxından tanış ola bilirlər.
Bəli. Hər həftə sonu mərkəzimizdə Conversation Club və Cinema Day təşkil olunur. Bu fəaliyyətlər kurs tələbələri üçün tam ödənişsizdir.